ABŞ sabah İrana görə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək

0
83

“Amerika Birləşmiş Ştatları sabah, mayın 31-də Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bunlar xüsusilə ixrac məhdudiyyətlərini nəzərdə tutur”.

“Terefsiz.az” xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Sabah (31 may – red.) biz Ukrayna vətəndaşlarına və mülki infrastruktura hücum etmək üçün istifadə edilən İran pilotsuz uçuş apartlarında tapılan texnologiyalara ixrac nəzarəti əsasında yeni tədbirləri elan edəcəyik. Bu Rusiya dezinformasiyası ilə mübarizə aparmaq, hüquq müdafiəçilərini qorumaq üçündür”, – Blinken bildirib.

terefsiz.az