Rusiyanın Ukraynanın Xerson vilayətini atəşə tutması nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
“Terefsiz.az” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleksandr Prokudin bildirib.
Onun sözlərinə görə, sırf Xerson şəhərində 9 nəfər yaralanıb. Onlar daşqınla əlaqədar vətəndaşların təxliyəsinə cəlb olunmuşdular.
Xatırladaq ki, iyunun 8-də rusiyalıların Kaxovka SES-in partlatması nəticəsində su altında qalan Xerson vilayətinin Korabelnı rayonu atəşə tutulub.