İş adamının evindən 300 min manatlıq oğurluq edən şəxslər kassasiya şikayəti veriblər

0
256

Qaradağda oğurluqda təqsirləndirilən Osman Məmmədov, Yadigar Dadaşov, Dünyamalı Güləliyev və Fikrət Atakişiyev barələrində olan hökmdən kassasiya şikayəti veriblər.

Terefsiz.az-ın xəbərinə görə, Ali Məhkəməyə müraciət edən şəxslər cəzalarının yüngülşədirilməsini istəyirlər.

Şikayət hakim Hafiz Nəsibovun icraatına verilib. Məhkəmə iclası mayın 22-nə təyin edilib.

Qeyd edək ki, oğurluq hadisəsi ötən il martın 21-də Novruz bayramı günü Qaradağ rayonu ərazisində baş verib. Həmin şəxslər Qaradağ rayonu ərazisində yerləşən “Korgöz” daş karxanasının sahibi olan Aydın Sultanovun evindən 200 min manat pul və 100 min manat dəyərində qızıl əşyalar oğurlayıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüilə O.Məmmədov, Y.Dadaşov, D.Güləliyevin hər biri 7 il azadlıqdan məhrum edilib. İstintaq dövründə barəsində başqa yerə getməmək qətimkan tədbiri seçilmiş F.Atakişiyev isə 1500 manat cərimələnib. Hökmdən narazı qalan məhkumlar apellyasiya şikayəti veriblər. Bakı Apellyasiya Məhkəməsi onların şikayətlərini təmin etməyib.

Terefsiz.az