Tviter özünə rəqib kimi görünən “Threads” adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə “Meta”nı məhkəməyə verə bilər.

0
1730

Tviter özünə rəqib kimi görünən “Threads” adlı yeni sosial şəbəkənin istifadəyə verilməsinə görə “Meta”nı məhkəməyə verə bilər.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu barədə “Semafor” portalı məlumat yayıb.

 

Məlumata görə, iyulun 6-da yeni onlayn platformanın istifadəyə verilməsindən qısa müddət sonra tviteri təmsil edən “Quinn Emanuel” şirkətinin hüquqşünası Aleks Spiro “Meta”nın rəhbəri Mark Zukerberqə məktub göndərib və orada korporasiyanı “Twitter”in əqli mülkiyyətindən istifadədə ittiham edib.

 

Xüsusilə, Spiro, keçən il İlon Mask tərəfindən satın alındıqdan sonra şirkətin ixtisarı zamanı “Meta”nın hələ də ticarət sirri məlumatlarına çıxışı olan onlarla “Twitter” işçisini işə götürdüyünə diqqət çəkib.

 

“Tviter öz əqli mülkiyyət hüquqlarını ciddi şəkildə tətbiq etmək niyyətindədir və “Meta”dan şirkətin kommersiya sirri olan hər hansı məlumatdan istifadəni dayandırmaq üçün dərhal addımlar atmasını tələb edir”, – məktubda deyilir.

 

terefsiz.az