Nazirliyin xidmət müəssisəsində qadın intihara cəhd etdi

0
227

Göygöldə intihara cəhd hadisəsi baş verib. 

Terefsiz.az-ın xəbərinə görə, hadisə Göygöldə yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 3 saylı psixonevroloji sosial xidmət müəssisəsində qeydə alınıb.

Orada müalicə olunan Sumqayıt sakini 33 yaşlı A.Pirəliyeva özünü müəssisənin üçüncü mərtəbəsindən ataraq intihara cəhd edib.

A.Pirəliyeva ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Terefsiz.az