“Real” aparıcı futbolçularından olan Toni Kroosla müqavilənin müddətini uzadıb.
Terefsiz.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə 2023-cü ilin iyun ayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Toni Kroos 2014-cü ildə “Bavariya”dan “Real”a keçib.