Arsenal-ın yarımmüdafiəçisi Aaron Remzi komandasını Avropa Liqasının finalında yalnız buraxmayacaq.
Terefsiz.az-ın məlumatına görə, ulduz futbolçu mayın 29-da Chelsea ilə final qarşılaşması üçün Bakıya gələcək.
Zədəli olduğu üçün mövsümü başa vuran Remsi hazırda ailəsi ilə birlikdə Portuqaliyada dincəlir. Futbolçu Arsenal-ın oyunçusu kimi son vəzifəsini yerinə yetirəcəyini, komandanı Bakı Olimpiya Stadionunun tribunasından dəstəkləyəcəyini vurğulayıb.
Qeyd edək ki, Remzi məhz Avropa Liqasının final görüşündən sonra Arsenal-la yollarını ayırıb, Juventus-la 4 illik müqavilə imzalayacaq.