İlan sancmasından necə qorunmaq olar ?

0
365

Havaların isinməsi ilə bölgələrdə ilan və əqrəb sancmasının sayı artıb. Demək olar hər gün bu barədə xəbərlər eşidirik. Təkcə may ayında cənub bölgəsində 10 nəfərə yaxın adamı ilan, 7 nəfər isə əqrəb sancıb. Bəs  bu halla qarşılaşarkən nə etməli?

Əksər insanlar ilansancması halı ilə əsasən kənd təsrrüfatı işləri  görərəkən ratlaşırlar. Elə buna görə də, kəndlilər sahədə çalışarkən əvvəlcədən etibarlı ayaq geyimlərindən və əlcəklərdən istifadə etməlidirlər. Bu iş zamanı qismən də olsa insanın həyatını  sığortalamış olur.

Bəzi kəndlilər tarla işlərini sürünənlərin gün ərzində az müşahidə olunduğu vaxtlarda icra edirlər. Qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, yaz və yay aylarında ilan və əqrəb sancması hallarına daha çox rast gəlinir.

Hazırda da bölgələrdəki bütün xəstəxanlar yay mövsümü ilə əlaqədr olaraq lazımı miqdarda ilan və əqrəb sancmasına qarşı zərdabarla təchiz olunub. Həkimlər belə halla qarşılaşan zaman insanı məhz hansı ilanın sancdığına diqqət etməyin vacibliyini də vurğulayırlar. Bu düzgün zərdab seçmək üçün çox önəmlidir.

Qeyd edək ki, bu dərman preparatları dövlət tərəfindən vətəndaşlara pulsuz verilir.

Terefsiz.az