Sosial şəbəkələrdə ötən cümə günü Moskvada baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.
“Audi Q7 ” markalı avtomobil elektrik dirəyinə dəyərək, iki yerə parçalanıb. Qəza baş verərkən avtomobil saatda 200 kilometr sürətlə hərəkət edirmiş. Ən maraqlısı budur ki, avtomobilin salonunda qan izi yoxdur.
Hadisə şahidlərinin dediyinə görə, sürücü və yanındakı sərnişin bu qəzadan sağ-salamat qurtarıb və hadisə yerindən qaçaraq gizləniblər.
Terefsiz.az