CAPTURE platforması – iş proseslərini optimallaşdırmaq üçün etibarlı həll

0
338

CAPTURE – hər hansı bir sənəd növündən (skan edilmiş sənədlər, fotoşəkillər, elektron sənədlər, məktublar və əlavələr) məlumatların intellektual emalı üçün universal bir platformadır. Bu həll sənədləri oxuyur, klassifikasiya edir, məlumatları çıxarır, düzgünlüyünü yoxlayır və şirkətin idarəetmə/informasiya sistemlərinə ötürür.

CAPTURE proqram təminatının istifadəsi bütün biznes proseslərini əhəmiyyətli dərəcədə optimallaşdırır.

Əməliyyat xərclərinin azaldılması – IS-də hər hansı mənbədən və sənəd növlərindən məlumatların avtomatik klassifikasiyası, tanınması və ixrac edilməsi.

Qərar qəbulu vaxtının azaldılması – Məlumatların tez və dəqiq emal olunması idarəetmə qərarlarını sürətləndirir.

Bütün mərhələlərdə nəzarət – Təkmilləşdirilmiş monitorinq və hesabat imkanları sənəd axınını idarə etməyə, şirkətin prioritetlərinə əsasən işçilərin işini təhlil etməyə və optimallaşdırmağa kömək edir.

CAPTURE müxtəlif bizness proseslərin optimallaşdırılması üçün vahid bir korporativ platforma ola bilər.

Bu proqram həmçinin arxiv işinin qurulması, köhnə sənədlərin digitizasiya işində ən peşəkar və əvəzsiz həlldir.

 Terefsiz.az