“Keşlə”nin qapıçısı Kamran Ağayev yenə zədələnib.
Tərəfsiz.az xəbər verir ki, o, Topaz Premyer Liqanın 22-ci turunda “Neftçi” ilə matçın 28-ci dəqiqəsində qolundan zədə alıb və Davud Kərimi ilə məcburi əvəzlənib. 33 yaşlı qolkiperin qoluna gips qoyulub.
Qeyd edək ki, K.Ağayev zədəsini yeni sağaltmışdı.
İstinad:Qol.az