Fransa Türkiyə ərazisində müvəqqəti olaraq “SAMP-T” yerləşdirməyi təklif edib

0
155

“Fransa “SAMP-T” Hava Hücumundan Müdafiə Sistemini müvəqqəti olaraq Türkiyə ərazisində yerləşdirməyi təklif edib.

Terefsiz.az “Hurriyet”ə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Biz bu məsələ ilə bağlı danışıqların müəyyən mərhələsinə çatmışıq. Fransa Türkiyə ərazisində “SAMP-T” kompleksini yerləşdirməyi təklif edib. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk”, – Hulusi Akar vurğulayıb.

Qeyd edək ki, Türkiyə hərbçiləri “S-400”lə bağlı Rusiyada təlim keçirlər.

Terefsiz.az