Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi

0
189

Pakistan “Şahin-2” raketini sınaqdan keçirdi

Terefsiz.az saytı xəbər verir ki, Pakistanda nüvə başlığı ilə təchiz oluna bilən “Şahin-2” ballistik raketinin uğurlu sınağı keçirilib. 

Bu barədə Pakistan Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Pakistanın yer-yer tipli “Şahin-2” balistik raketinin hazırlıq buraxılışı uğurlu şəkildə keçirilib. Təlim buraxılışı ordunun strateji qüvvələr komandanlığının əməliyyat hazırlığını təmin etmək məqsədilə həyata keçirilib”, – deyə press-relizdə qeyd olunur.

Məlumat üçün bildirək ki, “Şahin-2” raketi 1,5 min kilometrə qədər uzaqlıqda olan hədəfləri məhv edə bilir. Raketin ilk sınaqları 9 mart 2004-cü ildə keçirilib.

Terefsiz.az