Tərtər rayonunda keçmiş məhkumdan çətənə kolları götürülüb.
Bu barədə DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Belə ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarıcalı kənd sakini Eldar Əliyevin həyətyanı sahəsinə baxış keçirilən zaman yetişdirdiyi 9 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.
Qeyd edək ki, E.Əliyev əvvəllər də məhkumluq həyatı yaşayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
İstinad: Report.az
Terefsiz.az