Türkiyənin Bursa şəhərində yerləşən otellərdən birində bədbəxt hadisə baş verib.
Terefsiz.az xəbər verir ki, şəhərin Osmanqazi məhəlləsində yerləşən oteldə yuxarı mərtəbələrin pəncərələrinin silinməsi üçün səbətli qaldırıcı krana qalxan 2 işçi kranın aşması nəticəsində ölüb. 50 metr hündürlükdən yerə çırpılan Adil Demir və Soner Oğzu adlı təmizlikçilər hadisə yerindəcə keçinib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Terefsiz.az