” İki zidd sevda ” – Bənövşə Mahmudqızı

0
360

” İki zidd sevda ”

Ölmək istəyirəm,
Yaşamaq istədiyim qədər…
Yaşamaq istəyirəm,
Ölmək istədiyim qədər…
Gülməyə səbəblər var,
Bir də…
Bir ömür ağlamağa.
Yaraları bağlamağa
Gərək yoxdur,
Düzü…
Gələn yoxdur…
Bir də ki,
Qapı deyil bağlana.
Yaralar
Açılıbdır ağlana.
Həyat və ölüm…
Axı mən hardan bilim,
Necə sığıb ruhuma
Bu iki ziddiyyət,
Bu iki niyyət,
Bu iki sevda!
Bilmirəm, necə, harda,
Sığıbdır ürəyimə, köksümə.
Bu sevda elə sevda,
Bircə Allahım silə,
Pozar bu ruhdan,
bu ürəkdən.
İndi isə gərəkən,
Allahın mərhəməti,
Onun fəzilətidir.

Bənövşə Mahmudqızı