Bakıda qadın xarici vətəndaşların kirayə yaşadığı evdə cinayət törətdi

0
195

Bakıda xarici vətəndaşlara qarşı oğurluq etmiş qadın tutulub.

Terefsiz.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildiriblər.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Terefsiz.az