Autizmin əlamətləri

0
316

 

Autizm dövrün ən çox rastlanan sindromlarından biridir.

Tərəfsiz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bütün narahatlıqlar kimi burda da erkən diaqnoz çox vacibdir. Onu qeyd edək ki, autizm xəstəlik deyil. Bu, neyro-psixoloji, inkişaf sindromudur.

Autizm diaqnozunu qoymaq üçün 30-dan çox simptom eyni anda görülməlidir. Əgər bunlardan sadəcə biri belə uşağınızda yoxdursa narahat olmaq lazım deyil.

Bu simptomlardan bəziləri:

Uşaqlar göz kontaktından qaçırlar.

Adları ilə çağırdığınız halda reaksiya vermirlər.

Ağrı hiss etmirlər. Yıxıldıqda, canları ağrıdıqda reaksiya vermirlər.

Təkrar hərəkətlər edirlər. Bədənlərinin üst hissələrini yelləndirirlər, əlləriylə hansısa hərəkət edirlər.

Qarşısındakı insanların sözlərini təkrarlayırlar.

Özlərinə aid, bilinməyən dildə danışırlar.

Eyniliyi sevirlər.

Dəyişikliyə sərt reaksiya göstərirlər.

Qoxu və səsə qarşı həddən artıq həssasdırlar.

Erkən yaşda oxuya bilirlər. Onlar oxumağı bacarırlar, lakin oxuduqlarının mənasını dərk etmirlər.

İnsanlarla kontakta girə bilmirlər.

Nə istədiyini deməkdə çətinlik çəkir,bəzən başa sala bilmədiyi üçün hirsindən ağlayırlar.

Böyüklərin heç bir göstərişini izləmir, diqqət vermir, heç nə öyrənmək istəmirlər.

Tualet istədiyini demir.

Belə uşaqlar tək oynamağı sevir, uşaqlardan qorxurlar.

Qarşısındakı insanın reaksiyasını ölçə bilmirlər: sevindiklərini ya da ağladıqlarını anlaya bilmirlər.

Oyuncaqlarını digər uşaqlardan fərqli üsullarla oynadırlar.

Pəncələri üstündə gəzirlər.

Parlaq işıqlar gözlərini narahat edir.

Saçlarına toxunulmasını istəmirlər.

Əşyaları yellədir, ya da fırladırlar.

Yuxarıda dediklərimiz autizmin bütün simptomları deyil. Lakin tipik xüsusiyyətlərdir ki, əgər bunları kompleks şəkildə müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.