Böyük Britaniyanın səfiri: “Bakı UEFA Avropa liqasının finalını əla təşkil etmişdi”

0
273

Bakı UEFA Avropa liqasının finalını möhtəşəm təşkil etmişdi.

Terefsiz.az xəbər verir ki, bunu oyundan sonra Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

“Çelsi futbol klubunu ilə təbrik edirik. Əla oyun idi. Əhsən Bakıya ki, iki komandamızın final oyununu möhtəşəm təşkil etdi. Stadion dünya standartlarına cavab verirdi” deyə Böyük Britaniyanın səfiri bildirib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” və “Arsenal” komandaları arasında final oyunu keçirilib.

Görüş “zadəganlar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb – 4:1.

Terefsiz.az