ABŞ-ın S-400-lərlə bağlı qorxusunun ŞOK SƏBƏBİ: Rusiyaya…

0
235

S-400 zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması F-35 beşinci nəsil Amerika qırıcıları üzrə proqram üçün çox zərərli effekti olacaq.

Terefsiz.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Pentaqonun başçısının köməkçisi Ketrin Uilbarqer bildirib.

Onun sözlərinə görə, S-400-lərin Türkiyəyə çatdırılması Rusiyaya bu təyyarə haqqında kəşfiyyat məlumatları toplamağa imkan verəcək. Pentaqon rəsmisi qeyd edib ki, S-400 komplekslərinin Türkiyəyə çatdırılması ABŞ üçün böyük çağırış təqdim edir.

Qeyd edək ki, daha əvvəl Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç F-35 qırıcılarının Türkiyədə S-400 komplekslərinin hədəf zonasından kənarda yerləşdiriləcəyini bildirib. Diplomat söyləyib ki, S-400 və F-35 ölkənin iki konkret rayonunda yerləşdiriləcək. Türk diplomatı diqqəti ona yönəldib ki, İsrailin F-35 qırıcıları Rusiyanın S-400 komplekslərinin olduğu Suriyanın hava məkanında uçurlar, ancaq bu, ABŞ-da suallara səbəb olmur.

“Amma Türkiyə zərbə deyil, hava hücumuna qarşı müdafiə sistemini yerləşdirməyə çalışanda problemlər yaranır”, – Kılıç qeyd edib.

Terefsiz.az