Cəlilabad rayonunda baş verən yol qəzasında bir nəfər xəsarət alıb.
Terefsiz.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobilin toqquşması nəticəsində rayonun Göylərə şəhər sakini, 1964-cü il təvəllüdlü Qarayeva Yasəmən Əli heydər qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İstinad: Report.az
Terefsiz.az