Çempionlar Liqası: ” Tottenhem ” üçün ilk
Terefsiz.az saytı xəbər verir ki, Maurisio Poçettinonun komandası Madridin “Vanda Metropolitano” stadionunda ilk dəfə qitənin ən mötəbər turnirinin fəxri mükafatını qazana bilər.
İngiltərə çempionatında 2 dəfə qalib olan komanda 8 dəfə öz ölkəsində Federasiya kuboku, 4 dəfə isə Liqa kuboku turnirində bütün klublardan güclü olub. Qitəmiqyaslı turnirlərdə isə cəmi 3 dəfə qalib gəlib. 1 dəfə UEFA Kubok Qalibləri Kuboku, 2 dəfə UEFA kuboku turnirində fəxri mükafatı qazanıb.
Komandanın baş məşqçisi Maurisio Poçettino “Tottenhem”in tarixinə düşə bilər. 2014-cü ildən London klubunu çalışdıran Argentinalı mütəxəssisin özü də UEFA Çempionlar Liqasının finalında ilk dəfədir ki, çıxış edir. Onun komandası pley-of mərhələsində “Borussiya” Dortmund, “Mançester Siti” və “Ayaks” kimi güclü kollektivləri mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, “Tottenhem” İngiltərə Premyer Liqasının 2018/2019-cu illər mövsümünü 4-cü pillədə bitirərək medalsız qalıb.
Terefsiz.az