Netanyahudan gözlənilməz bəyanat

0
224

Netanyahudan gözlənilməz bəyanat

” Qolan təpələrinin raket atəşinə tutulmasına cavab olaraq Suriyadakı hədəflərə zərbə endirilməsi haqda göstərişi şəxsən özüm vermişəm “.

TASS – a istinadən Terefsiz.az saytı xəbər verir ki, bunu İsrail baş naziri Binyamin Netanyahu bəyan edib.

“ Ərazimizin atəşə tutulmasına dözmək niyyətində deyilik və bizə qarşı istənilən təcavüzə böyük qüvvə ilə cavab verəcəyik. Bu, yürütdüyüm davamlı siyasətdir və biz bunu İsrailin təhlükəsizliyi naminə etməkdə davam edəcəyik ”, – deyə o vurğulayıb.

Qeyd edək ki, bu gecə İsrail ordusu Suriyadakı hədəflərə zərbə endirib. Suriyanın SANA agentliyinin məlumatına görə, nəticədə 3 suriyalı hərbçi ölüb, yeddi nəfər yaralanıb.

Terefsiz.az