İyunun 9-dan qatarlarda gediş haqqı qalxır – İranda

0
154

İranda 9 iyundan qatar biletinin qiyməti orta hesabla 22% artacaq.

Bunu İranın yol və şəhərsalma nazirinin müavini və dəmiryol şirkətinin icra direktoru Səid Rəsuli deyib. Bu barədə Terefsiz.az Təsnim İnformasiya Agentliyinə istinadən məlumat verib.

S.Rəsulinin sözlərinə görə, İranda dəmiryol nəqliyyatı şirkətləri biletin qiymətinin artırılması ilə bağlı müraciət etmişdilər və Nəqliyyat Departamenti bu müraciətlə razılaşıb.

Rəsuli əlavə edib ki, Tehran-Ankara və Tehran-Van qatarları iyun ayının sonlarında işə başlayacaq.

“Tehran-Ankara qatarı biletinin qiyməti 43 avro, Tehran-Van qatarının biletinin qiyməti isə 20% avro olacaq.

Nazir müavini Tehran-Ankara qatarının 60 saata, Tehran-Van qatarının isə 20 saata məqsədə çatacağını deyib.

Terefsiz.az