Meksikada 75 qeyri-leqal miqrant saxlanılıb

0
154

Meksikanın Federal Polisinin əməkdaşları Çyapas ştatında Mərkəzi Amerikadan olan qeyri-leqal miqrantları daşıyan avtobus aşkar ediblər.

Terefsiz.az “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Meksikanın Baş prokurorluğundan bildiriblər.

Məlumata əsasən, avtobusda 13 Honduras vətəndaşı, 3 Salvador vətəndaşı, 59 Qvatemala vətəndaşı olub.

Bildirilir ki, avtobusda olan şəxslərin Meksikada qala bilmələrini təsdiq edən sənəd olmayıb.

Terefsiz.az