DOST mərkəzinə 5000-ci vətəndaş müraciəti qeydə alınıb

0
308

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat – DOST Agentliyinin 1 saylı DOST mərkəzinə 5000-ci vətəndaş müraciəti qeydə alınıb.

Müraciəti paytaxtın Yasamal rayon sakini Zümrüd Şıxıyeva edib. Vətəndaş I dərəcə əlilliyi olan şəxsə qulluq edən şəxs kimi ona Prezidentin aylıq təqaüdünün təyin olunması ilə bağlı DOST mərkəzinin xidmətindən faydalanıb.

5000-ci müraciətin sahibi olan Z.Şıxıyevaya bununla əlaqədar DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov tərəfindən təşəkkürnamə və simvolik hədiyyələr təqdim edilib. Z.Şıxıyeva dövlət sosial xidmətlərini “bir pəncərə”dən, operativ və şəffaf şəkildə təqdim edən belə bir mərkəzin açılmasından, burada ona göstərilən xidmətdən məmnun olduğunu vurğulayıb.

9 may 2019-cu il tarixində açılışı olan 1 saylı DOST mərkəzi Bakı şəhərinin Yasamal və Səbail rayonlarının sakinlərinə xidmət göstərir. Mərkəzə hər gün 350-dən çox vətəndaş müraciəti qeydə alınır.

2019-2025-ci illər üzrə “DOST regional proqramı”na əsasən Bakıda və respublikanın regionlarında 31 DOST mərkəzinin açılması nəzərdə tutulub.

istinad: http://sosial.gov.az