Məşhur rusiyalı prodüser, 90-cı illərin tanınmış “Na-Na” qrupunun yaradıcısı Bari Alibasov komaya düşüb.
Bu barədə Terefsiz.az “Mash” teleqram-kanalına istinadən xəbər verir.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, bir müddət öncə teleqram-kanal 71 yaşlı prodüserin öldüyünü bildirmişdi. Lakin Alibasovun mətbuat katibi xəbəri təkzib etmişdi.
Xatırladaq ki, Bari Alibasov iyunun 5-də şirə yerinə yanlışlıqla boru təmizləmək üçün olan maye içmişdi.
Terefsiz.az