Fransada 97 yaşlı müharibə veteranı paraşütlə tullanıb 

0
198

ABŞ-ın İkinci Dünya Müharibəsində iştirak etmiş 97 yaşlı veteranı Tom Ris müttəfiq qoşunların 1944-cü ilin 5 iyununda Normandiya sahillərinə çıxarılmasının 75 illiyi münasibətilə eyni ərazidə yenidən paraşütlə tullanıb.

Bu barədə Terefsiz.az RTL-ə istinadən xəbər verir.

Qeyd edilir ki, veteran 75 il əvvəl “Overlord” əməliyyatı çərçivəsində desant kimi çıxarıldığı Karantan şəhərindəikinci dəfə paraşütlə tullanıb.

Veteran əlavə edib ki, Fransa onun üçün ikinci vətəndir. “Əgər bir dəfə qayıtmalıyıqsa, biz bunu edirik”, – deyə o bildirib.

Qeyd edilir ki, Tom Ris 14 ölkədən olan 200-dən çox paraşütçü ilə birlikdə tullanıb. Xatırladaq ki, 1944-cü ilin iyununda ABŞ və İngiltərə qoşunlarının Normandiya (Fransa) sahillərinə çıxarılması ilə müttəfiqlər ordusu İkinci Dünya Müharibəsində Almaniya və İtaliyaya qarşı ikinci cəbhəni açıb. Halbuki müttəfiqlər bu əməliyyatı 1942-ci ildə başlayacaqları barədə vəd vermişdilər. Lakin onlar nəinki 1942-ci ildə, 1943-cü ildə də ikinci cəbhəni açmadılar. Bütün bunlar isə faşizmə qarşı savaşan yüz minlərlə sovet döyüşçüsünün, o cümlədən azərbaycanlıların həyatı bahasına başa gələn uzun müddətli ağır döyüşlərlə nəticələndi.

Terefsiz.az