Gürcüstanda polis və ermənilər arasında insident baş verib – VİDEO

0
349

Terefsiz.az saytı xəbər verir ki, Gürcüstan ermənilərinin çoxluq təşkil etdiyi Axalkalaki şəhərində polis əməkdaşları ilə yerli sakinlər arasında qarşıdurma yaranıb. Bu barədə Sputnik-Ermənistan məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, polislər Axalkalakidə yol hərəkəti qaydalarını pozan motosikletçini saxlayaraq, ona cərimə yazıblar. Bir neçə nəfər həmin şəxsi müdafiə eləməyə çalışıb və polisləri təhqir ediblər.

Hadisə şahidlərinin sözlərinə görə, yolu keçən “Mersedes” sürücüsü də nə baş verdiyini anlamaq üçün dayanıb, polislər onu hərəkətə mane olmamağa dəvət ediblər. Bu andan sonra “Mersedes” sürücüsü də polisə müqavimət göstərib.

Onların milliyyətcə erməni olduğu bildirilir. Polis xuliqanlığa görə iki nəfəri saxlayıb.

Terefsiz.az