Saatlıda qadın su kanalında boğuldu

0
179

Saatlıda qadın su götürmək istəyən zaman kanala düşərək boğulub.

Hadisə bu gün axşam saatlarında rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Pənahova Rəqibə Həsənxan qızı Sahil kanalından vedrələri su ilə doldurmaq istəyən zaman ayağı sürüşüb və qadın suya düşərək boğulub. Bundan xəbər tutan ətrafdakı adamlar qadını kanaldan çıxartsalar da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.

İstinad: Report.az

Terefsiz.az