NATO Hərbi Dəniz Qüvvələrimizi qiymətləndirdi – FOTO

0
268

Terefsiz.az saytı xəbər verir ki, Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Proqramı çərçivəsində Hərbi Dəniz Qüvvələrinin Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun “Dənizdə qadağa əməliyyatları” üzrə NATO standartlarına uyğun 2-ci səviyyəli özünüqiymətləndirməsi (SEL-2) keçirilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

NATO-nun Nortvud Hərbi Dəniz Qərargahının nümayəndələrinin müşahidəsi ilə icra edilən SEL-2-nin əsas məqsədi Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş Göyərtə qrupunun fəaliyyətinin və təchizatının Şimali Atlantika Alyansının standartlarına uyğunluğunu yoxlamaqdan ibarətdir.

Keçirilmiş təlim eyni zamanda, 2020-ci ildə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsinə hazırlıq məqsədini daşıyır.

Terefsiz.az