Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı

0
294

Ukraynanın Avropa İttifaqına qəbulunun tarixi açıqlandı

Ukrayna Ali Radasının spikeri Andrey Parubiy bəyan edib ki, ölkəsi Avropa İttifaqına 2025-2027-ci illərdə qəbul oluna bilər.

Bu barədə Ukrayna parlamentinin saytına istinadən Terefsiz.az saytı məlumat verir.

Parubiy bildirib ki, bu, Avropa İttifaqı Şurasında Polşa və Litvanın sədrlik edəcəyi dövrə təsadüf edə bilər.

O qeyd edib ki, artıq üç ölkənin parlament sədrləri Ukraynanın Avropa İttifaqına qəbuluna dair strategiya ilə bağlı sənəd imzalayıblar.

“ Bu, Ukraynanın Avropa İttifaqına qəbulu üçün imkanlar pəncərəsidir ”, – deyə Parubiy vurğulayıb.

Terefsiz.az