Husilər Səudiyyə Ərəbistanının hava limanına hücum ediblər

0
252

Yəmənin “Ansar Allah” hərəkatının üzvləri (husilər) pilotsuz uçuş aparatları vasitəsi ilə Səudiyyə Ərəbistanının Cizan şəhərinin hava limanına zərbələr endirib.

Terefsiz.az -ın “TASS”a istinadən verdiyi məlumata görə, zərbələrin hədəfi Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçuş aparatlarının saxlanıldığı anqarlar və bunkerlər olub.

İnsidentlə bağlı digər təfərrüatlar barədə məlumat verilmir.

Terefsiz.az