ABŞ İrana qarşı HƏRƏKƏTƏ KEÇDİ: general 6 min əsgərə…

0
254

Amerika Silahlı Qüvvələrinin general-leytenantı Frenk Makkenzi ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığını gücləndirmək qərarına gəlib.

Terefsiz.az xəbər verir ki, general bu qərarı İrandan gələ biləcək təhdidlərə qarşı tədbir məqsədilə aldığını bildirib.

“Wall Street Journal”ının məlumatına görə, Oman dənizində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisindəki 6 min əsgərə xitab edən Makkenzi İrana qarşı balansı təmin etmək üçün hərbi heyəti gücləndirəcəklərini bildirib. Qeyd edib ki, hazırda bölgədəki ABŞ qüvvələri İrandan gələ biləcək təhdidləri azaldıb. Lakin bu proses uzun çəkə bilər, ona görə də qüvvələrin sayı çoxaldılmalıdır.

Lakin general əlavə tədbirlərin hansı istiqamətdə olacağını açıqlamayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 2015-ci ildə İranla imzalanan nüvə sazişindən təktərəfli qaydada çıxıb. Bundan sonra iki ölkə arasında gərginlik artıb. ABŞ-ın İrana sanksiya tətbiq etməsi və İran İnqilab Keşikçiləri Korpusunu xarici terror təşkilatları siyahısına salması ilə münasibətlər daha da gərginləşib.

İranı bölgənin sabitliyini pozmaqda ittiham edən ABŞ son olaraq regiondakı hərbi və diplomatik nümayəndələrini qorumaq üçün donanmasını göndərib. Hazırda Hind okeanında və Bəsrə körfəzində ABŞ-ın çox sayda döyüş gəmiləri və təyyarələri var.

İstinad: Publika.az

Terefsiz.az