Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Terefsiz.az “Report.az istinadən məlumatına verir ki, “Megafun” Əyləncə Mərkəzinin yaxınlığında qeydə alınıb.
1963-cü il təvəllüdlü Əliyeva Sevil Balabəy qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona çanağın, hər iki əlin, yumşaq toxumalarının əziyi və sağ əlin 5-ci barmağının sınığı diaqnozu qoyulub.Yaralı ambulator müalicəyə buraxılıb.
istinad:report.az