Tramp yenə gülüş hədəfində

0
204

ABŞ Prezidenti Donald Tramp “Twitter” səhifəsində paylaşdığı yazı ilə yenidən gündəmə gəlib.

O, Böyük Britaniya səfəri zamanı Uels şahzadəsi əvəzinə, “balinalar şahzadəsi” ilə görüşdüyünü yazıb.

Amerikalı liderin kobud orfoqrafik səhvi yerli mətbuatın və sosial şəbəkə istifadəçilərinin diqqətindən yayınmayıb.

İngilis dilində Uels şahzadəsi “Prince of Wales” yazılır. Tramp isə “Prince of Whales”, yəni “balinalar şahzadəsi” yazıb.

Xatırladaq ki, bir neçə gün əvvəl ABŞ Prezidenti “Twitter” hesabında Ayın Mars planetinin bir hissəsi olduğunu bildirmişdi.

Terefsiz.az