Mal əti ilə göbələkli salat

0
503
  • Tez və asan hazırlanan salatlar ac olduğumuz zaman bizim əsas xilaskarımızdır.Bu salat isə göbələk sevənlər üçün əsl xoşbəxtlik olacaq.

     

    Tərkibi

    300 qr mal əti

    300 qram şampinyon göbələyi

    3 ədəd turşu xiyar

    1 ədəd böyük soğan

    1 ədəd yerkökü

    Duz və mayonez (istəyə görə)

    Qızartmaq üçün duru yağ

     

    Hazırlanma qaydası

    1. Mal ətini suda bişiririk. Mal əti bişənə kimi yağda göbələkləri qızardırıq. Başqa bir tavada isə soğan və yerkökünü qızardırıq
    2. Bişmiş mal ətini və turşu xiyarı uzunsov doğrayırıq. Digər indiqrientlərlə qarışdırırıq.
    3. Daha sonra duz və mayonez əlavə edirik.

    Qeyd: Salatı hazırlayarkən istəyə uyğun olaraq bütün indiqrientləri sırayla düzüb mayonezləyə də bilərsiniz.

  • Terefsiz.az