Zerrin Özerin həyat yoldaşı ilə bağlı şok iddia

0
184

Ötən gün türkiyəli müğənni Zerrin Özer 34 yaşlı Murat Akınca ilə evlənib.

Terefsiz.az saytı xəbər verir ki, lakin 61 yaşlı sənətçi ilə ailə quran Muratın fırıldaqçı olduğu ortaya çıxıb.

Belə ki, Akıncının köhnə sevgilisi “ İkinci sayfa ” proqramının canlı yayımına qoşulub. Səma adlı şəxs Murat haqda bunları deyib:

“ Bu adam mənimlə tanış olanda adının Mahmud Atalay olduğunu demişdi. Qardaşı Amerikada oxuyurdu, onun sənədlərini həll etdik. Bu vəsilə ilə tanış olduq. Məndən min lirə borc aldı, axşam verəcəyini dedi və geri qaytardı. Sonra bir gün qardaşına pul lazım olduğunu dedi. Aramızda o qədər çox pul transferi oldu ki… Anası da hər fürsətdə “Çox köməklik etdin, Allah razı olsun” deyirdi. Özlərini çox varlı göstərirdilər. Onunla evliliklə bağlı düşüncələrimiz olmadı. Murat barəsində danışa bilməyəcəyim dərəcədə böyük səhvləri var. Onu məni hədələməyə başlayandan sonra tanıdım. Türkiyənin tanınmış mafiya başçılarının yanında olduğuna görə məni hədələri ilə bezdirirdi. Bir il ərzində məndən 400 min lirə pul aldı. Bir övladım var, onu ölümlə hədələyib. Məktəbinə qədər hər şeyi araşdırıb. Bütün mesajları məhkəmədə var. Sənədlərinə baxanda adı da Murat Akıncı çıxır, anasını da məhkəməyə vermişəm. Çünki hesablar onun adınadır. Zerrin xanımla fotolarını görəndən sonra çox sevindim. Göydə axtarırdım, onu yerdə tapdım. Üç ildir arxasınca düşmüşəm. Danışdıqlarım Zerrin xanımın eşitdiklərinin onda biridir. Mülkünü qapdırmasın. Əlimdə o qədər sənədlər var ki… ”.

Qeyd edək ki, verilişin aparıcısı Murat haqda daha üç nəfərin fırıldaqçılıq etməsi ilə bağlı müraciət ünvanladığını deyib. Hər üç şəxs eyni şəkildə aldadılıb.

Terefsiz.az