Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

0
356

Eldar Sabiroğlu Meydan TV-yə oğluna belə bir məktub yazdığını təsdiqləyib:

“Azadlıq Radiosuna müsahibəmdən sonra status yazdı, özü də iki dəfə. Mən də məktubu yazıb verdim nəvəmə ki, atana ver. Yazdıqlarımı təsdiqləyirəm”.

Rüfət Səfərov atasının müsahibəsindən sonra “Facebook” hesabında etdiyi paylaşımında yazıb:

“Bu həyat çox ilgincdir:

Mərhum Heydər Əliyevin oğlu İlham Əliyev məni it kimi karsın tualetində 3 dəfə sürütdürdü…”

Rüfət Səfərovun sözlərinə görə, heyvan kimi üstünü batırıb, sonra da yerini islatmağına səbəb olublar:

“Əllərim və ayaqlarım bağlı səkkiz saat çarmıxa çəkdilər…

Amma mənim atam Azadlıq Radiosunda müsahibə verib Heydər Əliyevi tərifləyir…”

.

məktub

məktub

***

“Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək”

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu oğlu Rüfət Səfərovdan imtina edib.

Bununla bağlı Rüfət Səfərov özünün “Facebook” səhifəsində yazıb və atasının məktubunu paylaşıb. Məktubda yazılır:

“Öldüyümdə mənim cənazəmə girməyini ruhum qəbul etməyəcək. Artıq bu saatdan sənin atan deyiləm. Məzarım üstə gəlməni istəmirəm”, – deyə E.Sabiroğlu məktubunda qeyd edib.

Rüfət Səfərov Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi olub. O, rüşvət almaqda təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv olunaraq azadlığa buraxılıb.

Terefsiz.az