Türkiyədən ABŞ-a SƏRT CAVAB: 12 gün sonra

0
205

Türkiyə Müdafiə Nazirliyi ABŞ Müdafiə Nazirliyinə cavab məktubu yollayıb.

Terefsiz.az xəbər verir ki, məktubda ABŞ-ın müttəfiqlik ruhuna uyğun olmayan yanaşmasından doğan narahatlıq vurğulanıb.

Qeyd edək ki, ABŞ Müdafiə nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Patrik Şanaxan 6 iyunda Türkiyənin Müdafiə naziri Hulusi Akara məktub göndərmişdi. Məktubda qeyd olunmuşdu ki, 31 iyula qədər Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksi almaqdan imtina etməsə, F-35 pilotlarının təlimləri dayandırılacaq və Türkiyə proqramdan çıxarılacaq.