Cəlilabad rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat keçirilib.
Terefsiz.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdlər kənd sakini, əvvəllər məhkum olunmuş M.Məmmədovun idarə etdiyi “VAZ-2106” markalı avtomobilin salonuna baxış zamanı 3 kiloqram 150 qram heroin aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.