UNESKO-nun Ümumdünya İrs Komitəsi iyunun 30-dan iyulun 10-dək Bakıda keçiriləcək 43-cü sessiyasında Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün 36 müraciəti nəzərdən keçirəcək.
Terefsiz.az saytı UNESKO-nun Mətbuat xidmətinə istinadən xəbər verir ki, iclas Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçiriləcək.
Bundan əlavə, Komitə qarşıdakı sessiyada Ümumdünya İrs Siyahısına daxil edilmiş 166 obyektin və Ümumdünya İrs Siyahısında və təhlükə altında olan 54 obyektin tamlığının qorunmasının təhlilini həyata keçirəcək.
Yeni obyektlərin siyahıya daxil edilməklə bağlı nəzərdən keçirilməsinə iyulun 5-də başlanacaq. Ümumdünya İrs Siyahısına bir sıra təbii və mədəni obyektlərin, o cümlədən Xan sarayı da daxil olmaqla Şəkinin tarixi mərkəzininin daxil edilməsi təklif olunur.
Qeyd edək ki, Ümumdünya İrs Komitəsi ildə bir dəfə toplaşır və Baş Assambleya tərəfindən seçilmiş Ümumdünya Mədəni və Təbiət İrslərinin Müdafiəsi Konvensiyasına qatılan 21 ölkədən nümayəndələrdən ibarətdir. Komitə Ümumdünya İrs Konvensiyasının həyata keçirilməsindən məsuldur.
Hazırda Ümumdünya İrs Siyahısında dünyanın 167 ölkəsindən 1092 obyekt daxildir.
Terefsiz.az