ABŞ ticarət müharibəsində Çini yenidən vurdu

0
208

Amerika hökuməti “Huawei” şirkətinin ardınca Çinin dörd IT-şirkəti və bir institutu “qara siyahı”ya daxil edib.

Terefsiz.az xəbər verir ki, bu haqda ABŞ-ın Ticarət Nazirliyinə istinadən CNBC telekanalı bildirib.

İndi onlar Amerika malları və xidmətlərini ala bilməyəcəklər.

Sanksiyalara məruz qalan şirkətlərin hamısı sürətli kompüterlərin hazırlanmasında Çin lideridir və xüsusi halda, ABŞ-dan alınmış texnologiyalardan istifadə edirlər. Onlar həmçinin mikroçip istehsalı ilə məşğul olurlar və proqram təminatını yaradırlar.

Amerika hakimiyyəti hesab edir ki, bu təşkilatlar ABŞ-ın dövlət təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd hərəkət edirlər.

CNBC qeyd edir ki, Vaşinqtonun bu addıma ABŞ prezidenti Donald Trampın çinli həmkarı Si Cinpinlə Yaponiyada iyunun sonunda keçiriləcək G20 sammitndə nəzərdə tutulan görüşü ərəfəsində getməsi diqqət çəkir. Liderlər gözlənildiyi kimi, iki ölkə arasındakı ticarət ziddiyyətlərini müzakirə edəcəklər.

Terefsiz.az