İyirmi cəzaçəkmə müəssisəsinin əməkdaşları üçün təlimlər keçiriləcək

0
178

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməsi məqsədilə 2019-cu ilə dair birgə “Tədbirlər Planı” imzalanıb.

Dövlət Komissiyasından bildiriblər ki, Tədbirlər Planında keçirilməsi nəzərdə tutulan tədbirlərin icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.

Bu il ərzində ümumilikdə 20 cəzaçəkmə müəssisəsində peşəkarlığın artırılması məqsədilə müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi, cəza çəkən şəxslər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı, QİÇS və digər viruslara yoluxma barədə tibbi-gigiyena, təbliğat və maarifləndirmə işlərinin aparılması, məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üçün onlara izahların verilməsi, o cümlədən mövzuya dair videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlərin təşkili nəzərdə tutulur.

İstinad: publika.az

Terefisz.az