İran hakerləri ABŞ-a hücumları artırıblar

0
216

İran hakerləri Amerika hakimiyyəti və infrastruktur obyektlərinə kiberhücumların sayını kəskin artırıblar.

Terefsiz.az xəbər verir ki, bu haqda kompüter təhlükəsizliyi üzrə ixtisaslaşan şirkətlərin məlumatlarına istinadən ABC telekanalı bildirib.

“CrowdStrike” və “FireEye” şirkətlərinin telekanala verdiyi məlumata görə, əksər hallarda İran hakimiyyətinə bağlı kibercinayətkarlardan söhbət gedir.

Hakerlərin hər hansı bağlı informasiyaya giriş əldə edib-etmədiyi məlum deyil.

Terefsiz.az