ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İrana qarşı yeni sanksiyaların tətbiq olunacağını bildirib.
Terefsiz.az xəbər verir ki, o bunu öz “Twitter” səhifəsində yazıb.
“Biz İrana qarşı yeni geniş sanksiyaları bazar ertəsi tətbiq edəcəyik”, – deyə o bildirib.
Prezident bununla yanaşı əlavə edib ki, o, İrandan məhdudiyyətlərin götürüləcəyi və bu ölkənin uğurlu və çiçəklənən dövlətə çevriləcəyi günü gözləyir.
Terefsiz.az