Allaha inancı olmayan və möcüzə görmək istəyən adama nə deyə bilərik? Quranın möcüzəsi nədədir?
Terefsiz.az muselman.az-a istinadən bildirir ki, Quran bir kitabdır ki, çətin və fərqli şəraitdə nazil olmuşdur: döyüşlərdə, sülh şəraitində, çöllüklərdə, şəhərlərdə və s. Bu nazil olma tədricən, 23 il ərzində baş vermişdir. Bütün bunlara baxmayaraq onun tərkib hissələri arasında ziddiyyət olmamış, ayələr – hamılıqla həmahəng olmuş, biri digərini təsdiq etmişdir. Peyğəmbərin mühiti elə bir mühit idi ki, orada elmsizlik hökm sürürdü. İnsani və təcrübi elmlər yox səviyyəsində idi. Quran isə bir çox təbiət elmlərinin üzərindən pərdəni qaldırdı. Quran mədəniyyətin formalaşmasında xüsusi rol oynadı. Özü də elə bir qövmə təsir göstərdi ki, ümumiyyətlə sivilizasiya və mədəniyyətdən bixəbər idilər.
Quranın möcüzələri çoxdur. Onlardan bəzisinə işarə edək:
1. Bəyan üslubu, Quranın ləfzləri üzərində hakim olan ahəng;
2. Daha sonralar baş verəcək bir sıra qeybi məsələlərin açıqlanması;
3. Həmin dövrə qədər tanınmamış olan bir sıra biliklərdən söz açması. Belə ki, hətta indiki günümüzə qədər onlardan bəzisi kəşf olunmaqdadır;
4. Mütərəqqi, habelə insanların fitrəti və daxili aləmilə həmahəngliyinə uyğun qanunların bəyanı;
5. Bəyanda hər hansı bir ixtilaf və təzadın olmaması;
6. Ecazın bu kateqoriyalarından digər cəhətlərlə maraqlanmaq istəsəniz doktor Moris Byukayın “Tövrat, İncil, Quran və bu günkü elm arasında müqayisə” kitabına müraciət edə bilrəsiniz.
Terefsiz.az