Samux rayon Qarayeri qəsəbəsində qohumlar arasında dava baş verib.
Dava zamanı tərəflərdən biri digərinin üzərindən NİVA markalı avtomobillə keçib.
18-yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədənin müəyyən hissələrinə sınıq diaqnozu qoyulub.
İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident də onlar arasında yaşanan mübahisədən sonra baş verib.
Hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux rayon Polis İdarəsində əməliyyat istintaq qrupu yaradılıb.
Faktla bağlı araşdırma apaılır.
İstinad: Baku.ws
Terefsiz.az