Zülfiyyə Xanbabayevanın evindən oğurluq edən xadiməyə hökm oxundu
Nəsimi Rayon Məhkəməsində Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq etməkdə təqsirləndirilən xadimə Əntiqə Şirinovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.az – a istinadən Terefsiz.az saytı xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə.Şirinova barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Qeyd edək ki, Ə.Şirinova 2013-cü ildən 2018-ci ilədək Z.Xanbabayevanın Azadlıq prospektində yerləşən evində qulluqçu işləyib. Ə.Şirinova evdən müğənniyə məxsus 2000 manat məbləğində paltar, 600 manat məbləğində kosmetika, 1520 manat məbləğində nağd pul vəsaitini oğurlayıb.
Terefsiz.az