Amerika kuboku: Çili və Uruqvay millisi görüşə hazırdır

0
176

Amerika kuboku: Çili və Uruqvay millisi görüşə hazırdır

Amerika kuboku turnirində daha bir görüş Çili və Uruqvay komandaları arasında olacaq.

Terefsiz.az xəbər verir ki, 6 xalla C qrupunun lideri Çili millisi Uruqvay seçməsi ilə qarşılaşacaq.

Ötən turda pley-ofa vəsiqəni təmin edən Çili futbolçuları qrupu 1-ci pillədə bitirmək üçün məğlub olmamalıdırlar. Komanda ilk 2 oyunda Yaponiya seçməsini 4-0, Ekvador kollektivini isə 2-1 hesabı ilə məğlub ediblər. Baş məşqçi Reynaldo Rueda mətbuat konfrasında sərfəli nəticəyə ümidli olduğunu bildirib. 

“Hesabımızda 6 xal var. Hər iki oyunda qələbə qazanmışıq. Amma məğlub olacağımız halda 2-ci pilləyə enəcəyik. Buna imkan verməməliyik. Futbolçular qələbə üçün əllərindən gələni edəcəklər. Azarkeşləri sürətli oyun gözləyir”.

Uruqvay millisi ilk görüşdə Ekvador futbolçularının qapısından 4 cavabsız top keçirsə də, Yaponiya komandası ilə 2-2 hesablı heç-heçə edib. Komandanın baş məşqçisi Oskar Tabares millinin yalnız qələbəyə kökləndiyini bildirib.

“Bu, C qrupunun mərkəzi görüşüdür. Rəqibimiz təcrübəli və təhlükəlidir. Onlara hörmətlə yanaşırıq. Ancaq meydanda hər qarış uğrunda mübarizə aparacayıq. Qarşılaşmaya tam hazırıq. Oyuna yalnız qələbə üçün çıxacayıq”.

Qeyd edək ki, Çili – Uruqvay görüşü iyunun 25-də Bakı vaxtı ilə gecə saat 3-də başlanacaq.

Terefsiz.az